...

Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi (FOTO)

Gündəm Materials 2 Dekabr 2021 17:34 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov -Trend:

2 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olan hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Trend-in məlumatına görə, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.

Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti