...

Koronavirusun növlərində müalicə eyni aparılmalıdırmı?

Gündəm Materials 7 Dekabr 2021 14:41 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

Koronavirusun bütün ştamları eyni virusdur. Sadəcə onların variantları fərqlidir.

Bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

O bildirib ki, bu səbəbdən virusa yoluxanların müalicəsi eyni üsulla aparılır.

"Bu xəstəliyin müalicəsi antiviral dərmanlarla deyil, əsasən immun sistemini yaxşılaşdırmaq istiqamətində, ümumi simtomatik şəkildə aparılır. Belə vəziyyətdə virusa yoluxan xəstənin halsızlığını, ağrılarını götürürük. Xəstəliyin tez sağalmasını təmin etmək üçün immun sistemini yaxşılaşdıran dərmanlardan istifadə edilir. Əsasən də vitamin çatışmazlığını aradan qaldırmaq lazımdır", - həkim bildirib.

M.Əliyevin sözlərinə görə, araşdırmalar nəicəsində məlum olub ki, D vitamini çatışmazlığından əziyyət çəkən şəxs virusa yoluxarsa, xəstəliyi ağır keçirir:

"Koronavirusun müxtəlif ştamlarına yoluxan şəxslər mütləq D vitamini qəbul etməlidir. Çünki bu xəstəliyin xüsusi antiviral preparatı yoxdur."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti