...

Əlillərə illik sosial ödəniş xərcləri artıb

Gündəm Materials 7 Dekabr 2021 12:13 (UTC +04:00)

Bakı. Trend:

Əliliyi olan şəxslərə illik sosial ödəniş xərcləri son 4 ildə 65% və ya 736 mln. manat artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, əlilliyi olan şəxslərə pensiya və ya müavinət, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir

"Bütün bu ödənişlər üzrə illik xərclər 2018-2021-ci illərdə 65% və ya 736 mln. manat artıb. İllik xərclərdə əlilliyə görə pensiyalar üzrə 44%, əlilliyə görə müavinətlər üzrə 2,6 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə ödənilən təqaüdlər üzrə 4 dəfə artım olub. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödənişlər üzrə isə illik xərclər 54% artıb", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti