...

Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir

Gündəm Materials 9 Dekabr 2021 13:11 (UTC +04:00)
Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir

Bakı. Trend:

Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa ediləcək.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda bununla bağlı aidiyyəti qurumlarla birgə iş aparılır:

"Bu, bir gündə həyata keçirilən məsələ deyil. Ona görə də düzgün planlaşdırma olmalıdır. Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra təbii ki, məktəbin də fəaliyyəti bərpa olunacaq".

Nazir onu da qeyd edib ki, kəndə sakinlərin köçürülməsi ilə bağlı keçid dövründə bir neçə həftə ərzində tədrisin hibrid və ya distant formada olması planlaşdırılır ki, uşaqlar dərsdən kənarda qalmasın.

"Hətta 2, 3 və ya 5 uşaq köçsə belə həmin uşaqlar dərhal onlayn tədrisə cəlb olunacaqlar. Daha sonra məktəbin binası, bütün infrastruktur qurulduqdan, müəllimlər olduqdan sonra proses tam yekunlaşacaq", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti