...

Koronavirusun "omikron" ştammı dünyanın 77 ölkəsində aşkarlanıb - ÜST

Gündəm Materials 14 Dekabr 2021 21:21 (UTC +04:00)
Koronavirusun "omikron" ştammı dünyanın 77 ölkəsində aşkarlanıb - ÜST

Bakı. Trend:

Koronavirusun (COVİD-19) yeni "omikron" ştammının aşkarlandığı ölkələrin sayı artıb.

Trend-in məlumatına görə, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, yeni ştamm artıq dünyanın 77 ölkəsində qeydə alınıb.

"Omikron" heç bir variantda görmədiyimiz sürətlə yayılır", - deyə ÜST-nin baş direktoru bildirib.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti