...

ABŞ-da COVID-19 yayılma sürəti rekord həddə çatıb

Gündəm Materials 29 Dekabr 2021 05:46 (UTC +04:00)
ABŞ-da COVID-19 yayılma sürəti rekord həddə çatıb

Bakı. Trend:

ABŞ pandemiyanın başlandığı vaxtdan koronavirusa yoluxanların sayında rekord göstəricilər qeydə alınıb.

Trend xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, son 7 gündə sutkalıq orta hesabla 254 496 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, ABŞ-da həftə ərzində sutkalıq orta hesabla 251 989 yoluxma halının qeydə alındığı bu ilin yanvar ayının rekord göstəriciləri aşıldı.

ABŞ-da koronavirusun "omikron" ştamının yayılması fonunda yoluxma hallarının sayında artım müşahidə olunur.

Ölkədə yoluxanların sayı 53,1 milyon nəfərə çatıb, 820,4 min nəfər xəstəlikdən ölüb. Üstəlik, son 4 həftə ərzində 4,35 milyondan çox insan virusa yoluxub, 38,5 mindən çox insan ölüb. ABŞ bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti