...

Bakıda bir neçə yolda sürət həddi endirilib

Gündəm Materials 31 Dekabr 2021 20:50 (UTC +04:00)
Bakıda bir neçə yolda sürət həddi endirilib

Bakı. Trend:

Hazırda paytaxtın bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə edilir.

Trend-in məlumatına görə, hərəkət təhlükəsizliyi nəzərə alınaraq Zığ dairəsi-Hava limanı və Hava limanı-Bilgəh yollarında zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sürücülərə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edirik.

Xüsusi ilə bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir. Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti