...

Bakı-Tbilisi-Ceyhan kəmərini partlatmalı idik - Erməni terrorçuların məhkəməsi

Gündəm Materials 10 Yanvar 2022 17:57 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan kəmərini partlatmalı idik - Erməni terrorçuların məhkəməsi

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başladılan cinayət işi üzrə terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsinin növbəti prosesi davam etdirilib.

Trend-in məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək onlar cinayət başında yaxalanıb. Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmə təqsirləndirilən şəxslərin terrorçuluqda, qanunsuz sərhəd keçmə, təxribat törətmə və qanunsuz odlu silah daşımaqda ittiham olunduğunu bildirib.

Təqsirləndirilən Sarqsyan İşxan Aşotinin ifadəsində bildirib ki, mayın 24-də komandanlıqdan yola düşmək üçün əmr alıb: "Mayın 25-də əmr aldım ki, ərazinin kəşfiyyatını edim. Yolları minalayaq və bağlayaq, tikanlı məftillər çəkək. Komandanlıqdan əmr almışdıq ki, kimləsə rastlaşsaq, konfliktə girməyək. Mənə minanın hansı ərazidə basdırmağı şəkillərlə göstərmişdilər. Sonra gördük ki, Azərbaycan əsgərləri gəlir. Onlar xəbərdarlıq atəşi açdılar. Biz də öz aramızda danışdıq və konfliktə girməyərək təslim olduq. Biz xüsusi təyinatlı qüvvələrin əsgərləri olmuşuq. Bizə demişdilər ki, Azərbaycanın təminat yolunu bağlamaq lazımdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmalı idik. O əməliyyatı da mənə tapşırmışdılar. Planımı elə qurmuşdum ki, insan tələfatı olmasın".

Daha sonra prosesdə şahidlər dindirilib.

Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti