...

Azad olunmuş ərazilərə vətəndaşlar ildə yalnız bir dəfə səfər edə biləcəklər - RƏSMİ (FOTO)

Gündəm 18 Yanvar 2022 11:25 (UTC +04:00)
Azad olunmuş ərazilərə vətəndaşlar ildə yalnız bir dəfə səfər edə biləcəklər - RƏSMİ (FOTO)

Bakı. Trend:

Azad olunmuş ərazilərə imtiyazlı şəxslər də daxil olmaqla, vətəndaşlara ildə yalnız 1 dəfə səfər etmək icazəsi verilir.

Trend-in məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, sərnişinlər fərdi qəza sığortası ilə təmin edilir. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

Xəbər lenti

Xəbər lenti