...

Təhsil işçilərinin əməkhaqları artımla ödənilib

Gündəm Materials 2 Fevral 2022 18:48 (UTC +04:00)
Təhsil işçilərinin əməkhaqları artımla ödənilib

Bakı. Trend:

Təhsil işçilərinin əməkhaqları artımla ödənilib.

Trend xəbər verir ki, Təhsil Nazirliyindən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən 1670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37000-dən çox işçinin yanvar ayı üzrə əməkhaqları 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanaraq ödənilib.

Qeyd edək ki, bu proses Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti