...

Azərbaycanda dezinformasiya ilə mübarizə və kommunikasiya mərkəzi yaradılacaq

Gündəm Materials 14 Fevral 2022 10:54 (UTC +04:00)
Azərbaycanda dezinformasiya ilə mübarizə və kommunikasiya mərkəzi yaradılacaq

Bakı. Trend:

Azərbaycanda ekspertlər, araşdırmaçı jurnalist və media sahəsində analitiklərdən ibarət dezinformasiya ilə mübarizə və kommunikasiya mərkəzinin yaradılması təklif olunub.

Trend xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.

Qurum rəhbəri deyib ki, bu gün Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib: “Qarabağ uğrunda mübarizə artıq kiberməkanda kütləvi və siyasi beyinləri ələ almaq mübarizəsinə çevrilib. Halbuki, informasiya məkanı coğrafi ərazimizin ayrılmaz hissəsidir. İqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, Avropa İttifaqı 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun və proqram qəbul edib, sərt şəkildə onlara əməl edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti