...

TIR sürücülərinin yolu bağlaması ilə bağlı cinayət işi açıldı

Gündəm Materials 17 Fevral 2022 19:04 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev Prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Qurum rəsmisi deyib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tərəfindən məsələdə əli olanların dairəsi müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti