...

Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib (FOTO)

Gündəm Materials 23 Fevral 2022 08:54 (UTC +04:00)
Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib (FOTO)

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar edilərək təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən xeyli sayda partlayıcı vasitələr aşkar edilib.

Tapılan 146 müxtəlif növ mərmi, 5 müxtəlif növ qumbara və 415 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti