...

Laçında 2 hərbi qulluqçumuz itkin düşüb, axtarış davam edir - MN

Gündəm Materials 5 Mart 2022 16:46 (UTC +04:00)
Laçında 2 hərbi qulluqçumuz itkin düşüb, axtarış davam edir - MN

Bakı. Trend:

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Müdafiə Nazirliyindən (MN) Trend-ə verilən məlumata görə, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti