...

Xarkovda Rusiya qoşunlarının bombardmanı altında yaşayış massivlər və memarlıq dağıdılır - Ukraynanın xalq rəssamı (FOTO)

Gündəm Materials 7 Mart 2022 16:30 (UTC +04:00)

Bakı. Vüqar İmanov - Trend:

Bu günədək Rusiya qoşunlarının Ukrayna şəhərlərinə endirdiyi zərbələr nəticəsində qurbanlar arasında 15-ə yaxın Azərbaycan vətəndaşı olub. Onlar arasında məşhur heykəltaraş, Ukraynanın xalq rəssamı, Xarkovda Nizami Gəncəvi heykəlinin müəllifi Katib Məmmədovun qohumu, tələbə Qoşqar Məmmədov da var.

Trend-in müxbiri hazırda Xarkov dəmiryol vağzalında olan və gəncin tabutunu Azərbaycana yola salmağa çalışan heykəltaraşla telefon əlaqəsi yaradıb.

"Danışmaq çox çətindir. Vəziyyət çox pisdir, şəhər daim bombardmana məruz qalır, evlər və yaşayış massivləri, memarlıq nümunələri dağıdılır. İnsanlar təşviş içindədir, şəhərdən təxliyə olunmağa çalışırlar, vağzal dolub, çox çətindir", - deyə o bildirib.

Qeyd edək ki, Qoşqar Məmmədov fevralın 27-də həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti