...

"Get contact"ı necə silmək olar? (FOTO)

Gündəm Materials 19 Mart 2022 14:15 (UTC +04:00)
"Get contact"ı necə silmək olar? (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Programı telefona yüklədikdən sonra "Mobil nömrə" və Facebook hesabınızla proqramdan qeydiyyatdan keçmək mümkündür.

Qeydiyatdan keçdiyiniz təqdirdə nömrənizin telefon kitabçasında olan insanlar tərəfindən necə qeyd edildiyinizi görə bilərsiniz.

Qeydiyyatdan sonra "GetContact" istifadəçinin telefon kitabçasına və mesajlarına daxil olmaq üçün icazə istəyir. İcazəsinin verilməsi istifadəçinin telefon kitabçasında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir.

İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, onu telefonuna yükləyən şəxslərin telefon kitabçasında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulması deməkdir.

"GetContact" hesabını necə dondurmaq olar?

Proqramın parametrlər bölməsinə daxil olursunuz - Hesab tənzimləmələri - daha sonra hesabı idarə et bölməsinə daxil olursunuz. Bu zaman telefonunuzun ekranında hesabın dondurulması ilə bağlı bildiriş gəlir. "Ok" düyməsini sıxdıqdan sonra proqram bağlanacaq, hesabınızı dondurmuş olacaqsınız və bütün "tag"lər (yəni adlarınız) silinəcək, lakin növbəti dəfə proqrama giriş etsəniz, proqram yenidən aktiv ediləcək.

Hesabı necə silmək olar?

Hesabınızı silmək istəsəniz, bunun üçün telefonunuza hər hansısa təhlükəsiz vpn proqramı yükləyirsiniz. Sizə burada qeyd etdiyim sayta (https://www.getcontact.com/unlist) daxil olursunuz. Aşağıda fotolarda göstərilən əmrləri ardıcıl icra etdikdən sonra, hesabınızı silmiş olacaqsınız.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti