Bakı. Trend:
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun kursantlarının və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularından ibarət nümayəndə heyətinin iştirakı ilə təşkil olunan “Ulu Öndər” adlı ekspedisiya uğurla başa çatıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə alpinistlər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək gül dəstələri qoyublar.
Ekspedisiya üzvləri təyin olunmuş marşrut üzrə “Heydər
zirvəsi”nə yürüş ediblər.
Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz
səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə
qalxan alpinistlər Ümummilli Liderin barelyefi önündə onun əziz
xatirəsini dərin hörmət və ehtiramla yad edib, burada Azərbaycan
Respublikasının Dövlət Bayrağını dalğalandırıblar.