...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 10 May 2022 16:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada birinci doza üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 669 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 842 230, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 244 017, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 673 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti