...

Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Gündəm Materials 16 May 2022 15:08 (UTC +04:00)
Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti