...

Azad olunan ərazilərdə daha 178 mina aşkarlanıb

Gündəm Materials 23 May 2022 09:54
Azad olunan ərazilərdə daha 178 mina aşkarlanıb

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, mayın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 109, tank əleyhinə 69 mina və 155 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 413 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti