...

Yevlaxda ağır yol qəzası olub (FOTO/VİDEO)

Gündəm Materials 25 May 2022 12:04 (UTC +04:00)
Yevlaxda ağır yol qəzası olub (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Yevlax. Trend:

Yevlaxda ağır yol qəzası baş verib.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Aşağı Qarxun kəndindən keçən hissəsində qeydə alınıb.

Sərnişinlə dolu mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən traktorla toqquşub. Qəza nəticəsində 3-ü uşaq olmaqala 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax şəhər Mərkəzi xəstəxasına çatdırılıb. Onlara ambulator müayinə gösdərilib. Ciddi xəsarətlər olmadığından xəstələr evə buraxılıb.

Qeyd edək ki,Yevlaxın Aşağı Qarxun kəndi ərazisində baş verən ağır qəzada xəsarət alanların əksəriyyəti Goranboy rayon sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti