...

Zaqatalada qaydaları pozan 25 sürücü cərimələnib (FOTO)

Gündəm Materials 24 İyun 2022 20:51 (UTC +04:00)
Zaqatalada qaydaları pozan 25 sürücü cərimələnib (FOTO)

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi,sürücülər tərəfindən qaydalara riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər ərazisində növbəti profilaktik tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, təhlükəli manevrlər etməklə özü ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən olunub. Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 25 sürücü barəsində inzibati protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti