...

Bakıda orduya dəstək yürüşündə iğtişaş törətməkdə təqsirləndirilən şəxsin barəsindəki qərar ləğv edildi

Gündəm Materials 29 İyun 2022 15:26 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ali Məhkəmədə Tovuz hadisələrindən sonra Bakıdakı yürüş zamanı iştişaş törətməkdə təqsirləndirilən İsmayıl Həsənov, Ceyhun Novruzov, Gündüz Mirzəyev və Telman Seyfullayev Bakı Apellyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar elan olunub. Ali Məhkəmənin qərarı ilə Telman Seyfullayev barəsində çıxarılan qərar ləğv edilib və iş baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Digər 3 nəfərin şikayəti isə təmin edilməyib.

Xatırladaq ki, 2020-ci il iyulun 14-dən 15- nə keçən gecə Bakıda Tovuz hadisələri ilə bağlı yürüş keçirilib. Yürüş zamanı bəzi şəxslər Milli Məclisin binasına qanunsuz daxil olaraq binaya zərər vurub.

Hadisə ilə bağlı ümumilkdə 36 nəfər saxlanılıb.

İctimai asayişin pozulması, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və başqa və digər əməllərdə təqsirləndirilən şəxslərə müxtəlif müddətlərə şərti cəza təyin edilib.

Xəbər lenti

Xəbər lenti