...

Qurumuş ot və kolları yandırmaqla təmizləmək yaşıllıq massivinin yanmasına səbəb olur - Polkovnik

Gündəm Materials 6 İyul 2022 13:58 (UTC +04:00)
Qurumuş ot və kolları yandırmaqla təmizləmək yaşıllıq massivinin yanmasına səbəb olur - Polkovnik

Bakı. Trend:

Qurumuş ot və kolları yandırmaqla təmizləmək yaşıllıq massivinin yanmasına səbəb olur .

Trend xəbər verir ki, bunu FHN-in Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi kənd ərazi nümayəndələri və bələdiyyə sədrləri yol kənarlarında təmizləmə işlərini qurumuş ot və kolları yandırmaqla təmizləməyə çalışır ki, bu da küləkli havalarda yaşıllıq massivinin yanmasına səbəb olur.

“Yanğın təhlükəsizliyinin etibarlılığının təmin olunması üçün meşə təsərrüfatında daim aktuallağı xüsusi vurğulanır. İstənilən fəsildə meşələrdə yanğın baş verməsi aktualdır. Xüsusi olaraq meşə sahələri, meşə təsərüffatı bu istiqamətdə aidiyyatı şəxslərin daim diqqət mərkəzində olmalıdır. Vacib məsələlərdən biri də könüllü yanğın drujunalarının sadəcə formal xarakter daşımamaları, onların aidiyyatı üzrə fəaliyyət istiqamətlərinin necə tənzimləməsi daima diqqət mərkəzində olmağı tapşırığı verildi.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti