Bakı. Trend:
Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılmış atəş nəticəsində həlak olub
Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.