...

Putin, Rəisi və Ərdoğan arasında üçtərəfli danışıqlar başa çatıb

Gündəm Materials 20 İyul 2022 01:33 (UTC +04:00)

Bakı. Trend:

Tehranda Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan arasında üçtərəfli danışıqlar başa çatıb. Görüş bir saatdan çox davam edib.

Trend-in məlumatına görə, ölkə prezidentləri görüşdən sonra açıqlamalar üçün mətbuata çıxış ediblər.

Mətbuat üçün çıxışlardan sonra üç ölkənin prezidentləri işgüzar nahar zamanı ünsiyyəti davam etdirəcəklərini gözlənilir

Rusiya, İran və Türkiyə prezidentləri birgə bəyanatdan sonra ayaq üstə danışıblar.

Tehranda keçirilən üçtərəfli sammitdən sonra onlar görüşə yekun vuraraq mətbuata açıqlama veriblər. Daha sonra otaqdan çıxıb söhbətlərini davam etdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti