...

Bakıda tıxaca görə 168 avtobus gecikir

Gündəm Materials 22 İyul 2022 18:26 (UTC +04:00)
Bakıda tıxaca görə 168 avtobus gecikir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 51 müntəzəm marşrut xətti üzrə 168 avtobusun hərəkət intervalında gecikmələr var.

Xidmətdən Trend-ə daxil olan məlumata görə, gecikmə ilə hərəkət edən avtobuslar aşağıdakılardır:

1. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 8-12 dəqiqədir.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 11-16 dəqiqə gecikmə müşahidə olunur

3. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

4 .Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi pr və Koroğlu Rəhimov küç) sıxlıq. . Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-15 dəqiqə gecikmə müşahidə olunur.

5. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə müşahidə olunur.

6. Heydər Əliyev pr şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur.

7. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə müşahidə olunur.

8. Zabrat Şossesi - Maşdağa istiqamətində - Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

9. Yavər Əliyev küçəsi Aeroport şossesi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 35, 40, 49, 76, 113, 208, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-10 dəqiqə gecikmə müşahidə olunur.

10. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.

11. 28 May küç - Azadlıq pr - Zərifə Əliyeva küç sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 5, 88, 125, 127 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-14 dəqiqəyə gecikmə müşahidə olunur.

12. Qara Qarayev pr Ziya Bünyadov pr istiqamətində sıxlıq - . Bu səbəbdən də həmin ərazidən keçən 1, 7A, 11, 15, 44, 62 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-9 dəqiqə gecikmə müşahidə olunur.

13. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-10 dəqiqə gecikmə müşahidə olunur.

14. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-22 dəqiqə gecikmə müşahidə olunur.

15. Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi pr və Koroğlu Rəhimov küç) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-20 dəqiqə gecikmə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti