Bakı. Trend:
Valideynlərin narahat olduğu məsələlərdən biri də övladlarının "18 +" saytlara daxil olması ilə əlaqədardır. Necə etmək olar ki, bu tip saytlara girməyin qarşısını alaq?
Bu yazıda bunu sizə izah edəcəyəm.
1) İlk öncə telefonun “Parametrlər” bölməsinə daxil olmalıyıq.
2) Açılan pəncərədə “Bağlantılar” bölməsinə keçid edirik.
“Qeyd edək ki, hər telefonda bu bölmənin adı fərqlidir”
3) İndi “Daha çox bağlantı parametri” seçirik.
4) Daha sonra “Fərdi DNS” üzərinə klik edirik.
5) Açılan pəncərədən “Fərdi DNS təminatçısının sahib adı” seçib “family-filter-dns.cleanbrowsing.org” yazdıqdan sonra yadda saxlayırıq.
Beləliklə telefonlardakı "18 +" saytlar artıq avtomatik olaraq deaktiv olunacaq.