Bakı. Trend:
I Qarabağ müharibəsi dövründə xəsarətlərə görə bir neçə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı məbləğdə veriləcəyi açıqlanıb.
Trend-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında bildirib ki, həmin şəxsə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanıb.
Ödənişlərin məbləği aşağıdakı kimidir:
I dərəcə əlilliyə görə – 8 800 manat;
II dərəcə əlilliyə görə – 6 600 manat;
III dərəcə əlilliyə görə – 4 400 manat.