...

Minadan həlak olan və ya sağlamlığını itirən vətəndaşlarımıza görə Ermənistan cavabdehlik daşıyır - Ekspert

Gündəm Materials 2 Avqust 2022 15:03 (UTC +04:00)
Minadan həlak olan və ya sağlamlığını itirən vətəndaşlarımıza görə Ermənistan cavabdehlik daşıyır - Ekspert

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsi başa çatandan sonra işğaldan azad edilən torpaqlarda qarşılaşdığımız ən böyük təhlükə ermənilər tərəfindən basdırılan minalardır.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistan tərəfinin Azərbaycana verdiyi mina xəritələrinin qeyri-dəqiq olması mənfur düşmənin insan həyatına dəyər verməməsinin təzahürüdür:

"Minalanmış ərazilərin sxemlərinin dəqiq olmaması minatəmizləmə proseslərinin həm sürətini aşağı salır, həm də minaların aşkarlanaraq zərərsizləşdirilməsi işlərinin uzanmasına səbəb olur".

Ə.Verdiyev bildirib ki, işğaldan azad edilən torpaqlarımızda 250-dən çox mina hadisəsinin baş verdiyini nəzərə alsaq görərik ki, bu hadisənin miqyası nə qədər böyükdür.

"Mina partlayışı nəticəsində həlak olan və yaralananlarımız var. Azərbaycan tərəfi Ermənistaın mina terrorundan ziyan görməkdə davam edir. İstənilən halda minalarda həlak olan və ya sağlamlığını itirən vətəndaşlara görə Ermənistan cavabdehlik daşıyır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycan və onun vətəndaşlarına qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar", -deyə ekspert bildirib.

Qeyd edək ki, bu gün saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri almış, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti