...

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Gündəm Materials 5 Avqust 2022 09:30 (UTC +04:00)
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bakı. Trend:

Avqustun 5-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilir. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

2022-2023-cü tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbulla bağlı ən çox verilən suallar və onların cavabları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti