...

Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var - DSX

Gündəm Materials 16 Avqust 2022 11:25 (UTC +04:00)
Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var - DSX

Bakı. Trend:

Azad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb ki, onlardan biri də Füzuli Beynəlxalq Hava Limanıdır.

Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var.

"Ermənistan tərəfi alternativ yollardan istifadə etməklə müəyyən hərəkət edirlər. Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər: “Hərəkət var. DSX və müvafiq qurumlar tərəfindən işlər davam etdirilir. Hazırda orada sıxlıq olmasa da hərəkət var”.

Xəbər lenti

Xəbər lenti