...

“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib (FOTO)

Gündəm Materials 23 Avqust 2022 09:54 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti