...

Yaxın günlərdə Xocavənd rayonunda bərpa işlərinə başlanılacaq - Emin Hüseynov (VİDEO)

Gündəm Materials 27 Sentyabr 2022 14:53 (UTC +04:00)
Yaxın günlərdə Xocavənd rayonunda bərpa işlərinə başlanılacaq - Emin Hüseynov (VİDEO)

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağdam. Trend:

Qarabağda həyata keçirilən bərpa yenidənqurma işləri davam edir.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin​ Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O qeyd edib ki, artıq bir sıra layihələr yekunlaşma mərhələsindədir.

"Bundan sonra işlərimiz daha da sürətlənəcək. Hesab edirəm ki, artıq Ağdam şəhərinin mərkəzində bərpa yenidənqurma işlərinə başlayacağıq. Bundan əlavə həm Ağdam rayonunda, həm də Füzuli rayonunda kəndlərin bərpasına başlanılır. Artıq Talış kəndində də bu işlərə başlanılıb. Yaxın günlərdə Xocavənd rayonunda da bərpa yenidənqurma işlərinə başlanılacaq. Bütün bu tədbirlər sistemli şəkildə, qrafikə uyğun olaraq həyata keçirilir", - deyə E.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti