Bakı. Trend:
Azərbaycanla birlikdə TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə çatdırmaq üçün işə başladıq.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verilən açıqlamasında deyib.
"Biz Azərbaycanla birlikdə TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə çatdırmaq üçün işə başladıq. Liviya ilə karbohidrogen sazişi bu ölkənin kontinental sahəsində neft və neft məhsullarının hasilatı sahəsində yeni əməkdaşlıq sahəsi yaradıb", - deyə Türkiyə prezidenti bildirib.