Bakı. Trend:
Qarabağı görünən düşməndən təmizləmişik, ancaq görünməyən düşmən hələ də qalır.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezidentin bütün çıxışlarında əsas məsələlərdən biri mina ilə bağlı olur: “Təklif edirəm ki, minalarla bağlı bir sıra QHT-lərin iştirakı ilə geniş toplantı keçirilsin. Bu işə hər birimizin töhfəsi ola bilər. Hesab edirəm ki, minalarla bağlı geniş maarifləndirmə işlərinin də aparılmasına ehtiyac var. Bizim başqa yolumuz yoxdur”.