...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 2 Dekabr 2022 23:49 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 515 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 123, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 923 277, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 050, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 300, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 919, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 008 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti