...

Artıq çəki cəmiyyətimiz üçün çox ciddi problemdir - Əhliman Əmiraslanov

Gündəm Materials 8 Dekabr 2022 16:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Artıq çəki və piylənmə təkcə səhiyyənin yox, ümumilikdə cəmiyyətimizin çox ciddi problemidir.

Trend-in məlumatına görə, bunu bu gün “Sağlam çəkiyə doğru” layihəsinin təqdimatı mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, bu gün dərmanların keyfiyyəti də cəmiyyətimizi narahat edir.

“Dünyada artıq çəki və piylənməyə məruz qalan insanların sayı atmaqdadır. Bəzi ölkələrdə bu rəqəm 50 faizin üzərindədir. Artıq çəki və piylənmə bir çox xəstəliklərin, xüsusilə, ankoloji, ürək xəstəlikləri, şəkərli diabet və digər bir çox xəstəlikərin yaramasına səbəb olur. Piylənmə və artıq çəki insan ömrünü azaldır”, - deyə komitə sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti