...

Azərbaycanda qanunsuz sərnişindaşımaların qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər edilə bilər

Gündəm Materials 9 Dekabr 2022 11:21 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qeyri-qanuni sərnişindaşımaların qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər edilə bilər.

Trend xəbər verir ki, bunu bu gün biletim.az portalının təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Hazırda qeyri-qanuni daşıyıcılara qanunla nəzarət etmək imkanımız yoxdur. Bu problemlərin həll edilməsinin yolunu qanunvericilikdə dəyişikliklərin edilməsində görürük. Bir ildən çoxdur ki, dəyişikliklər paketi hazırlamışıq və aidiyyəti nazirliklərlə bir neçə mərhələdə müzakirələr aparılır. Hərtərəfli qiymətləndirmədən sonra yekun layihəni görəcəyik", - deyə nazir müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti