Bakı. Trend:
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 579 hektar ərazini minadan təmizləyib.
ANAMA-dan bazar ertəsi Trend-ə verilən məlumata görə, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.