...

"Türk Dünyası" (Turkic.World) media platforması qısa müddət ərzində önəmli media tərəfdaşı kimi çıxış edib - Rufiz Hafizoğlu

Gündəm Materials 26 Dekabr 2022 12:57 (UTC +04:00)
"Türk Dünyası" (Turkic.World) media platforması qısa müddət ərzində önəmli media tərəfdaşı kimi çıxış edib - Rufiz Hafizoğlu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Türk Dünyası" (Turkic.World) media platforması qısa müddət ərzində önəmli media tərəfdaşı kimi çıxış edib.

Bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu "Türk Dünyası" media layihəsi ilə Azərbaycan İlahiyyat İnstitutu arasında tərəfdaşlıq memorandumunun imzalanması zamanı deyib.

O qeyd edib ki, Azərbaycan mediasının yeni inkişaf mərhələsinin məhsulu olan "Türk Dünyası" (Turkic.World) media platforması keçən il İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.

“Bununla yanaşı “Turkic.World” media layihəsi və İstanbul Ticarət Universiteti arasında tərəfdaşlıq memorandumu imzalanıb”, - deyə R.Hafizoğlu qeyd edib.

Xatırladaq ki, bu gün türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və Azərbaycan İlahiyyat İnstitutu tərəfdaşlıq memorandumu imzalayıb. Memorandum Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov arasında imzalanıb.

Memoranduma əsasən, Turkic.World media layihəsi Azərbaycan İlahiyyat İnstitutunun rəsmi media tərəfdaşı olub. İmzalanan memorandum çərçivəsində Turkic.World media platformasında institutla bağlı xəbərlər dərc olunacaq, bununla yanaşı, media layihəsində universitetin professor və müəllim heyəti ekspert və şərhçi qismində çıxış edəcəklər.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin “Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti