Şuşa. Trend:
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası on beşinci gündür ki, davam edir.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yaxın zamanda Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 4 təminat maşını keçib.
Qeyd edək ki, bu gün ümumilikdə 11 maşın Laçın yolundan keçib.