...

BQXK-ya məxsus avtomobillər yenidən Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 19 Yanvar 2023 14:23 (UTC +04:00)
BQXK-ya məxsus avtomobillər yenidən Laçın yolundan keçib (FOTO)

Trend-i buradan izləyin

Şuşa. Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobil Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-yə məxsus 4 avtomobil Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir.

Xəbər lenti

Xəbər lenti