...

İrandakı səfirliyimizə terror zamanı həlak olan şəxs barədə təfərrüatlar

Gündəm Materials 27 Yanvar 2023 12:43 (UTC +04:00)
İrandakı səfirliyimizə terror zamanı həlak olan şəxs barədə təfərrüatlar

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov bundan əvvəl Azərbaycanın Moskvadakı diplomatik missiyasında da çalışıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin başsağlığında deyilir:

"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş
xain silahlı hücum nəticəsində qətlə yetirilmiş, vaxtilə ölkəmizin Moskvadakı
diplomatik missiyasında da çalışmış Orxan Əsgərovun ailəsinə və
yaxınlarına, onun xidmət yoldaşlarına Səfir Polad Bülbüloğlunun və Səfirliyin
kollektivi adından dərin hüznlə başsağlığı veririk.

Yaralanan mühafizə əməkdaşlarına Allahdan tez bir zamanda şəfa diləyirik.

İnanırıq ki, bu vəhşi hücumu təşkil edən və törədənlər layiqli cəzalarını ən
sərt şəkildə alacaqlar!

Allah rəhmət eləsin!", - səfirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti