...

RSK və BQXK-ya məxsus maşınlar aksiya ərazisindən keçib (FOTO)

Gündəm Materials 4 Fevral 2023 15:37 (UTC +04:00)
RSK və BQXK-ya məxsus maşınlar aksiya ərazisindən keçib (FOTO)

Şuşa. Trend:.

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçından gələn RSK-ya məxsus iki yük maşını Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazisindən maneəsiz keçərək Xankəndiyə gedib.

Bununla da səhər saatlarından indiyədək RSK-ya məxsus 26 maşın aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

Həmçinin, səhər saatlarında Xankəndidən Laçına gedən BQXK-ya məxsus avtomobillər geriyə - Xankəndiyə qayıdıb.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti