...

Türkiyədə bütün orta məktəblər bir həftə müddətinə bağlandı

Gündəm Materials 6 Fevral 2023 18:03 (UTC +04:00)
Türkiyədə bütün orta məktəblər bir həftə müddətinə bağlandı

Bakı. Trend:

Türkiyədə bütün orta məktəblər bir həftə müddətinə bağlanıb.

Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Bildirilir ki, ölkədə baş verən zəlzələ səbəbindən bütün ölkə ərazisində orta məktəblər fevralın 13-nə qədər tətilə bağlanıb.

Zəlzələ nəticəsində evlərindən çıxan insanlar üçün məktəblərdən sığınacaq kimi istifadə olunacaq.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1121 nəfər həyatını itirib, 7 634 nəfər yaralanıb, 2 834 bina dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti