...

Azərbaycan Prezidentinin tapşırığına əsasən yola salınmış FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb (FOTO/VİDEO)

Gündəm Materials 6 Fevral 2023 18:27 (UTC +04:00)
Azərbaycan Prezidentinin tapşırığına əsasən yola salınmış FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 498 nəfər həyatını itirib, 8 533 nəfər yaralanıb, 2 834 bina dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti