...

FHN-in xilasediciləri daha 5 nəfərin cəsədini çıxararaq təhvil veriblər

Gündəm Materials 13 Fevral 2023 15:22 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri daha 5 nəfərin cəsədini çıxararaq təhvil veriblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Beləliklə, FHN xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ (onlardan 17 nəfəri uşaqdır), 618 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin, Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti