...

Azərbaycanda zəlzələ olacağı barədə yayılan məlumatlar təxribatdır - Seymoloji Xidmət Mərkəzi

Gündəm Materials 13 Fevral 2023 16:54 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Milli Elmlər Akademiyasının Respublika Seymoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələdən sonra Azərbaycanda da zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Mərkəzdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır.

Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şayiələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq. Yayılan təxribat xarakterli şayiələrə inanmayın", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin, Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti