...

Türkiyədə baş verən zəlzələdən sonra yardıma gələn ilk Azərbaycan oldu - Türkiyə Humanitar Yardım Vəqfi (VİDEO)

Gündəm Materials 14 Fevral 2023 10:18 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələdən sonra yardıma gələn ilk Azərbaycan oldu.

Bu barədə Trend-ə müsahibəsində Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) Orta Asiya-Qafqaz Regional Koordinatoru Məhəmməd Həmzə Nedimoğlu deyib.

“Bu bizi qürurlandırdı. Əslində yardım gözlədiyimiz yerdən gəldi. Əldə etdiyim ən son məlumatlara görə xarici ölkələrdən gələn axtarış-xilasetmə heyətləri arasında ən çox Azərbaycanda gələn heyət dağıntıdan sağ insanlar çıxarıb. Bu səbəbdən sizin vasitəsinizlə həm Azərbaycandan gələn axtarış-xilasetmə heyətinə, həm də Azərbaycan xalqına təşəkkür edirəm.

Türkiyədə baş verən zəlzələ 10 şəhərə təsir göstərib. Hələ də dağıntılar altından insanların çıxarılması davam edir. Çox ümidli nəticələr alırıq. Bir insanın belə canını xilas etmək bizim üçün böyük qürurdur. Türkiyədə tarixində bu cür zəlzələ yaşanmayıb. Zəlzələnin həcmi böyük olduğu üçün dağıntılarda bir o qədər çoxdur. Hazırda bölgədə mənfi 10 dərəcə soyuq var və bu insanalar bir həftədən artıqdırki dağıntılar altındadır”, – deyə o əlavə edib.

Trend videomüsahibəni təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti